Dünya

Qarabağdan gedən ermənilərə Ermənistan vətəndaşlığı veriləcək

Qarabağdan Ermənistana gedən ermənilər arasında bu ölkənin vətəndaşlığını almaq üçün xeyli sayda müraciət edənlər var.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında məlumat verib.
“Bizim siyasətimiz ondan ibarətdir ki, Dağlıq Qarabağdan deportasiya olunanların Dağlıq Qarabağa qayıtmaq üçün obyektiv imkanları yoxdursa, biz onların hamısının Ermənistanda qalmasını, burada yaşayıb işləməsini istəyirik. Bizim vəzifəmiz bu prosesi mümkün qədər tez təşkil etməkdir”, – o bildirib.

Paşinyan deyib ki, vətəndaşlıq üçün müraciət zamanı qanunvericilik nüanslarına əməl edilməlidir:

“Burada hamımız – hökumət və dövlət orqanları mümkün qədər tez işləməliyik, lakin biz öz qardaş və bacılarımızdan, Dağlıq Qarabağdan olan məcburi köçkünlərdən bir qədər səbir gözləyirik. Sürət səbəbilə hüquqi problemlər yaratmadan, hər şeyi düzgün, qanuni prosedurlara uyğun şəkildə həll etmək lazımdır. Proses təbii şəkildə gedəcək. Mən də minnətdaram ki, insanlar qanuni olaraq hər şeyin dəqiq olması lazım olduğunu başa düşürlər. Əminəm ki, belə də olacaq”, – deyə baş nazir bildirib.

Bənzər yazılar

Back to top button