Siyasət

İlham Əliyev Müstəqillik Günü münasibətilə təbriklər alır

Azərbaycanda mayın 28-də qeyd olunan Müstəqillik Günü ərəfəsində xarici dövlət başçılarından prezident İlham Əliyevin adına təbriklər daxil olur.

Mayın 26-da Rusiya, Çin və bir çox digər ölkələrin prezidentlərindən təbriklər gəlib.

Vladimir Putinin məktubunda deyilir ki, “Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır.

Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnunluqla qeyd edirik. Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir”.

Çin lideri Si Cinpinin məktubunda deyilir ki, Çin-Azərbaycan münasibətləri “sağlam və sabit şəkildə” inkişaf edir.

İki ölkə arasında qarşılıqlı siyasi etimad dərinləşir, “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə əməkdaşlıq fəal inkişaf edir və beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət getdikcə möhkəmlənir.

Xatırladaq ki, İlham Əliyevi ilk olaraq ABŞ prezidenti Co Bayden mayın 20-də təbrik edib.

Mayın 28-də Türkiyə prezidenti Erdoğan Bakıya səfər edəcək, o, Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə şəxsən təbrik edəcək.

Bənzər yazılar

Back to top button