Səfir Dövlət Bağçalının Şuşada məktəb tikdirmək təklifinə aydınlıq gətirdi

by Aztoday Xəbər Portalı

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçelinin Şuşada məktəb tikilməsi fikrinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, E.Özoral jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra Türkiyədəki bir çox qurumlar Azərbaycana dəstəklə bağlı çağırışlar edib:

“Bunlar Azərbaycan hökumətinin verəcəyi qərardan asılıdır. Müvafiq qərar qəbul olunarsa, Türkiyənin əlaqədar qurumlarına məlumat veriləcək. Türkiyə müharibə dövründən sonra da Azərbaycana hər cür dəstək olmaq məqsədilə səfərbər olub. Azərbaycanda şəhid və məcburi köçkün ailələrinə kömək məqsədilə Türkiyədən buraya gələnlər var”.

Bənzər Yazılar