İdman

Kriştiano Ronaldo: Futbol tarixində 6-cı…

“AVRO-2020″nin seçmə mərhələsində Ukrayna ilə qarşılaşan və 1:2 hesabı ilə uduzan Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo karyerasındakı 700-cü rəsmi qolunu vurub.

Fanat.Az xəbər verir ki, “Yuventus”un ulduzu futbol tarixində bu imza atan 6-cı futbolçu olub. Ondan əvvəl çexoslovakiyalı Jozef Bisçan (805 qol), braziliyalı Pele (767 qol), onun həmyerlisi Romario (772), macar Ferens Puşkaş (746) və alman Herd Müller (745 qol) bu uğura imza atıb.

Qeyd edək ki, Kriştianu Ronaldo 700 qolu “Real” (450), “Mançester Yunayted” (118), Portuqaliya yığması (95), “Yuventus” (32) və “Sportinq”in (5) heyətində vurub.

Bənzər yazılar

Back to top button