Dünya

Çinlə ABŞ arasındakı konsulluq gərginliyi artır

Dünyanın ən böyük iki iqtisadiyyatı olan ABŞ və Çin arasındakı konsulluq böhranı getdikcə dərinləşir.

Qaynarinfo xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Çenqdudakı ABŞ konsulluğu bağlanıb və çinli rəsmilər binanı geri alıblar.

ABŞ səfirliyinin Tviter hesabında yayımladığı videoda Çenqdudakı konsulluğun iki ölkə arasında qarşılıqlı anlayışı inkişaf etdirdiyi bildirilərək, “Daim sizdən ötrü darıxacağıq” yazılıb.

Qeyd edək ki, ötən həftə də ABŞ ani bir qərarla Çinin Hyustondakı konsulluğunu bağlamasını istəmişdi.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button