Dünya

Pentaqon Ukraynadakı “əməliyyatа” ad verəcək və Komandir- general təyin edəcək – “Wall Street Journal”

BŞ-ın Ukraynaya hərbi yardım sahəsində bütün səyləri vahid missiyada birləşdiriləcək və Ukrayna hərbçilərinin hazırlanması və Ukrayna Silahlı Qüvvələrinə yardım üzrə Amerika proqramına rəhbərlik etmək üçün general təyin edəcək. Bu barədə cümə axşamı Amerikanın The Wall Street Journal nəşri məlumat yayıb.

Müşahidəçilərin fikrincə, bu o deməkdir ki, Vaşinqton Amerika ordusunun müharibədə iştirak etdiyini göstərmək niyyətindədir. Komandirin təyin edilməsi isə Pentaqonun Ukraynaya hərbi məsləhətçilər kimi fəaliyyət göstərəcək daimi yardım qrupu yaratmaq niyyətindən xəbər verir. (Turan)

Bənzər yazılar

Back to top button