Siyasət

100-dən çox ziyalı İlham Əliyevdən Qubad İbadoğlunun azadlığa buraxılmasını xahiş edib

Azərbaycanın yaradıcı və elmi ziyalıları, vətəndaş cəmiyyəti, media və hüquq ictimaiyyətinin böyük bir qrupu iqtisadçı alim Qubad İbadoğlunun azadlığa buraxılmasına köməklik göstərilməsi xahişi ilə Prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə Q.İbadoğlunun görkəmli alim kimi elmi xidmətləri, ABŞ, Böyük Britaniya, Macarıstanın aparıcı universitetlərində elmi və pedaqoji fəaliyyətləri, şəffaflıq üzrə bir sıra beynəlxalq koalisiyalarda iştirakı qeyd olunub.

Müraciət müəllifləri daha sonra qeyd edirlər ki, dünya miqyasında tanınmış alimin həbsi ölkənin beynəlxalq imicinə xələl gətirir, Azərbaycanın düşmənlərinə İbadoğlu işindən istifadə edərək ölkə haqqında yalan neqativ narrativlər formalaşdırmaq və təbliğ etmək imkanı verir.

«Ona görə biz, bir qrup ölkə ziyalısı olaraq, tanınmış Azərbaycan aliminin azadlığa buraxılması üçün məhz Sizə müraciət etmək qərarına gəldik.

Sizdən xahiş edirik ki, ölkəmizin adına, nüfuzuna kölgə salan bu məsələni öz çəxsi nəzarətinizə götürəsiniz. İnanırıq ki, Qubad İbadoğlunun sağlamlıq

durumunda yaranmış çox ciddi problemləri nəzərə alaraq, zərrə qədər də günahı olmayan bir elm xadiminin azadlığa qovuşmasına şərait yaradacaqsınız», – müraciətdə daha sonra bildirilir.

Müraciəti 100-dən çox ziyalı və digər ictimayyət nümayəndələri imzalayıb.(Turan)

Bənzər yazılar

Back to top button