Hadisə

Bakıda bələdçi avtobus sürücüsünün “Mercedes”ini qaçırdı – Manatlıq taksi etdi

Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi ərazisində yerləşən avtobus qarajında bələdçi sürücünün avtomobilini qaçırıb.

Qaynarinfo-nun məlumatına görə, hadisə 107 saylı sərnişin avtobus qarajının qarşısında baş verib və 2004-cü ildə Bakı şəhərində doğulmuş, 107 saylı sərnişin avtobusunda bələdçi işləyən Əkbər adlı şəxs tərəfindən törədib. Onun qaçırdığı “Mercedes E 240” markalı avtomobil isə qarajda sürücü işləyən Salman Hüseynova məxsus olub.

Salman Hüseynov hər dəfə ona düşən zəhmət haqqını tam şəkildə vermədiyi üçün Əkbər qərara gəlib ki, onun avtomobilini qaçırsın. Ona görə də Əkbər hadisə törətdiyi gün saat 17:00 radələrində qarajın qarşısından maşını qaşırıb.

Qaçırdığı maşınla manatlıq taksi fəaliyyəti ilə məşğul olub. Qara Qarayev metrosu yaxınlığında polis əməkdaşları onu saxlayaraq avtomobilin qaçırıldığını deyiblər. O, polis əməkdaşlarına avtomobili qaçırdığını etiraf edib, peşman olduğunu bildirib.

Tərəflər barışdığından məhkəmənin qərarı ilə Əkbər Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işinin icraatına xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunub.

Bənzər yazılar

Back to top button