İdman

“Növbəti mərhələyə qədər hücumçu transferi də olacaq” – “Neftçi”nin prezidenti

“Bu qələbəyə görə qürur duyuram. Komanda sona kimi vuruşdu. Hesabda 2:0 öndə olsaq da, futbolçular yenə də qol vurmaq istəyirdilər. Təəssüf ki, alınmadı. Mənim bu oyun üçün proqnozum 3:0 idi. Amma 2:0 da gözəl qələbədir. Bu, yeni məşqçinin, yeni rəhbərliyin ilk qələbəsidir. Əsas odur ki, ardı gəlsin”.

Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin prezidenti Fərrux Mahmudov Konfrans Liqasının 2-ci təsnifat mərhəlsinin cavab oyununda “Jelezniçar” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edərkən deyib.

Klub rəhbəri 3-cü turda rəqibləri olacağı gözlənilən “Beşiktaş” barədə də danışıb: “İndidən növbəti turu keçib-keçməyəcəyimiz barədə nəsə deyə bilmərəm. Amma komanda əlindən gələni edəcək”.

F.Mahmudov hazırda iki hücumçu ilə danışıqlar apardıqlarını bildirib: “Növbəti mərhələyə qədər hücumçu transferi də olacaq. İnanıram ki, komandamız daha da güclənəcək. Hal-hazırda 2 hücumçu ilə danışıqlar gedir”.

Komandadan istədiyi performansı gördüyünü bildirən klub prezidenti azarkeşlərin də möhtəşəm olduğunu bildirib: “Bu gün onlar bizim 12-ci oyunçumuz idilər. Sabah azarkeş qruplarımızın rəhbərləri ilə görüşəcəm”.

Bənzər yazılar

Back to top button