İlham Əliyev Ərdoğana başsağlığı verdi

by Aztoday Xəbər Portalı

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

AzToday.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Özdemir Bayraktarın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və yaxınlarınıza səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Bənzər Yazılar