İdman

Messi PSJ-nin ÇL-i qazanmaq şanslarını belə dəyərləndirdi

PSJ-nin superulduzu Lionel Messi formasını geyindiyi komandanın UEFA Çempionlar Liqasını qazanmaq şanslarını dəyərləndirib.

Fanat.az xəbər verir ki, “Sport.es” argentinalı hücumçunun söylədiklərini belə çatdırıb:

“Çempionlar Liqasında qələbə həm mənim, həm də klubun əsas hədəfidir. PSJ çoxdan bu istiqamətdə çalışır. Paris təmsilçisi bir dəfə buna çox yaxın olub. Hamı bizi heyətdəki oyunçulara görə əsas favorit sayır. Amma uzun müddət bir yerdə çıxış etmiş heyətə malik başqa yaxşı komandalar da var: “Mançester Siti”, “Bayern Münhen”, “Liverpul”, “Atletiko”, “Çelsi”… Bu rəqiblər çox şeyə qadirdirlər. Həmişə ən yaxşılar qalib gəlmir. Çünki müxtəlif detallar, xırdalıqlar da nəzərə alınmalıdır. Biz favoritlərdən biriyik”.

Bənzər yazılar

Back to top button