Siyasət

Putin Qarabağ müharibəsini ötən ilin ən vacib hadisəsi adlandırıb

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə təkbətək görüşü zamanı Dağlıq Qarabağ münaqişənin kəskinləşməsini 2020-ci ilin ən vacib hadisəsi adlandırıb.

“Təbii ki,ötən ilin ən mühüm hadisəsi Dağlıq Qarabağdakı çəətin vəziyyət, onun ağır gedişatı oldu”, – deyə o bildirib.

Rusiya lideri döyüşlərin durdurulmasından məmnunluğunu da dilə gərtirib: “Hərbi əməliyyatların, qan tökülməsinin durdurulmasına nail olmağımızdan məmnunluğumu bildirmək istəyirəm. Bu günün işinin nəticələrindən danışarkən qeyd etmək istəyirəm ki, sülhməramlı missiya öz funksiyasını yerinə yetirir və bütövlükdə vəziyyət tədricən normallaşır”, – Putin deyib.

O, həmçinin “vəziyyətin uzun müddətli həllinə hesablanan” Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın imzalamasının vacibliyini də vurğulayıb.

Bənzər yazılar

Back to top button