GündəmHadisəManşet

XİN-in milyonları mənimsəyən vəzifəli şəxsləri şərti cəza alıblar

Çərşənbə günü Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan XİN-in keçmiş işlər müdiri Fərhad Mollazadə və Konsulluq İdarəsinin məsul işçisi Səlim Əlizadənin işi üzrə proses başa çatıb.

Məhkəmə təqsirləndirilən şəxsləri iki il sınaq müddəti olmaqla, şərti cəzaya məhkum edib.

Prokuror hər iki təqsirləndirilən şəxs barəsində ev həbsinin ləğv edilməsini, onların 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini və məhkəmə zalında həbs edilməsini təklif etmişdi. Amma məhkəmə fərqli qərar verib.

Mollazadə və Əlizadə 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. Onlara qarşı CM-in 179.3.2 (böyük ölçüdə mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq zamanı XİN-in fəaliyyətində idarə üçün satınalmaların həyata keçirilməsində maliyyə sui-istifadəsi faktları aşkar edilib. Sövdələşmələr saxta tenderlər yolu ilə həyata keçirilirdi. Mənimsənilən vəsaitin məbləği bir neçə milyon manat təşkil edib. (Turan)

Bənzər yazılar

Back to top button