Dünya

Ukraynada Rusiya generalı öldürüldü

Ötən gün martın 2-də sosial şəbəkələrin Rusiya seqmentində 7-ci desant-həmlə diviziyasının keçmiş komandiri, Mərkəz Hərbi Dairəsinin 41-ci Ümumqoşun Ordusunun komandan müavini, general Andrey Suxovetskinin Ukraynada gedən döyüşlərdə həlak olduğu haqda xəbər yayılıb.

virtualaz.org xəbər verir ki, xəbəri generalın tanışı Sergey Çipilyev paylaşıb. Onun bildirdiyinə görə, Suxovetski martın 2-də öldürülüb, martın 5-də onunla vida mərasimi keçiriləcək. Vida mərasiminin generalın komandan müavini olduğu hərbi hissənin ərazisində təşkil olunacağı bildirilir.

Şərhlərdə yazılanlara əsasən generalı snayper vurub.

General Suxovetski Mərkəz Hərbi Dairəsinin 41-ci Ümumqoşun Ordusunun komandan müavini vəzifəsinə 2021-ci ilin oktyabrında təyin edilmişdi. Onun xidmət yeri Novosibirsk şəhəri olub.

Bənzər yazılar

Back to top button