CəmiyyətGündəmManşet

Azərbaycan qadınları maliyyə sektorunda

Yazı 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunur

Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar iqtisadiyyatın müxtəlif sektorlarında təmsil olunurlar. Bu baxımdan maliyyə sektoru da istisna deyil. Hazırda ölkədəki bankların, bank olmayan kredit təşkilatlarının (BOKT), kredit ittifaqlarının, sığorta və investisiya şirkətlərinin səhmdarları (təsisçiləri) olan, həmçinin bu maliyyə qurumlarına rəhbərlik edən onlarla qadın var. Zərif cinsin belə nümayəndələrinə maliyyəçi qadınlar da demək olar.

Bankir qadınlar

Azərbaycandakı 26 bankdan azı 8-nin səhmdarları qadındır. Bunlar “Azərbaycan Sənaye Bankı” (ASB), “Bank BTB”, “Günaybank”, “Muğanbank”, “Premiumbank”, “Rabitəbank”, “Unibank” və “Yelobank”dır. Onlardan 2-də – ASB və “Yelobank”da pay sahibləri olan qadınlar Azərbaycan vətəndaşları deyillər. Belə ki, ASB-nin səhmlərinin 1%-nin sahibi Leyla Gözəl Qurd Türkiyə vətəndaşı, Bankın daxil olduğu “Azərsun Holdinq”in prezidenti Abdulbari Gözəlin qızıdır, “Yelobank”ın səhmlərinin 3,9%-nin sahibi Marina Kulişova isə Rusiya vətəndaşı, Bankın əsas səhmdarı “Topaz Investments” şirkətinin direktorudur.

Digər 6 banka gəlincə isə, “Bank BTB”nin səhmlərinin 74,99%-nə Nigar Mehdiyeva (Prezident Administrasiyasının keçmiş rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin qızı), 6%-nə Tükəzman Mahmudova, “Günaybank”ın səhmlərinin 40,05%-nə Yeganə Şirinova (Bankın əsas səhmdarı Mahmud Məmmədovun həyat yoldaşı), 2,67%-nə Günay İldırımzadə (M.Məmmədovun qızı, Bakının Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadənin gəlini), 2,31%-nə Xanım Məmmədova, “Muğanbank”ın səhmlərinin 10,65%-nə Vəfa Vəliyeva (keçmiş deputat, Odlar Yurdu Univesitetinin rektoru Əhməd Vəliyevin qızı), 10,03%-nə Fəridə Mehdiyeva, “Premiumbank”ın səhmlərinin 84,46%-nə Zərifə Həmzəyeva (“Azərbaycan Hava Yolları” şirkətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı), 0,32%-nə Elvira Əhmədova, “Rabitəbank”ın səhmlərinin 30%-nə Validə Abbadova, 9,11%-nə Dilarə Nuriyeva (Bankın digər səhmdarı, “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin prezidenti Zakir Nuriyevin həyat yoldaşı), “Unibank”ın səhmlərinin təxminən 3%-nə isə Zemfira Cəfərova nəzarət edir.

Mikromaliyyəçi qadınlar

Azərbaycandakı 56 BOKT-dan azı 12-nin səhmdarları (təsisçiləri) qadındır. Belə ki, “Azinvestkredit”in təsis paylarının 50%-i Tamara İsmayılovaya, “Brand Credit”in təsis paylarının 74,9%-i Yeganə Vəliyevaya, 2,8%-i Şəbnəm Vəliyevaya, “Embafinans”ın səhmlərinin 14%-i Tamara Polyakovaya, “Falcon Finance”ın təsis paylarının 50%-i Brilyant Salmanovaya, “Finex Kredit”in səhmlərinin 19%-i Şəlalə Tağıyevaya, 18,3%-i Raminə Allahverdiyevaya, 2%-i Gülnarə Tağıyevaya, 1,6%-i Sevil Hidayətovaya, “Fintrend”in təsis paylarının təxminən 30%-i Nərmin Hüseynzadəyə, “İcraçı Kredit Agentliyi”nin təsis paylarının 2,4%-i Səbinə İsrafilovaya, 1,6%-i Tahirə Qurbanovaya, 1,3%-i Fatma Abbasovaya, “İdeal Kredit”in təsis paylarının 25%-i Xuraman Qubadovaya, “Qafqaz-Kredit”in təsis paylarının 33,4%-i Xalisə Əminovaya, 33,3%-i Züleyxa Rəsulovaya, “Para”nın səhmlərinin 15,5%-i Alevtina Quliyevaya, 9,8%-i Tamilla Hacıyevaya, “Premier Kredit”in təsis paylarının 34%-i Şəhla Mehdiyevaya, 33%-i Validə Əzizovaya, 33%-i İlahə Baxşəliyevaya, “Pro Kredit”in səhmlərinin isə 35,7%-i Rəna Məmmədovaya məxsusdur.

BOKT-lardan 3-nün rəhbəri də qadındır. Belə ki, “Azinvestkredit”ə Səbinə Vəliyeva, “M Bulak”a Qırğızıstan vətəndaşı Altun Şakirova, “Viator Mikrokredit”ə isə Aynur Əliyeva rəhbərlik edir.

Azərbaycandakı 46 kredit ittifaqından isə 2-nin rəhbəri qadındır. Belə ki, “İnci Kredo”ya rəhbərlik Əminəxanım Məhərrəmovaya, “Stimul”a rəhbərlik isə Marifə Ağayevaya həvalə olunub.

Sığortaçı qadınlar

Azərbaycandakı 20 sığorta şirkətinin azı 3-nin səhmdarları qadındır. Bunlar “Günay Sığorta”, “İpək Yolu Sığorta” və “Meqa Sığorta” şirkətləridir. Belə ki, “Günay Sığorta”nın səhmlərinin 67,55%-nə Yeganə Şirinova, “İpək Yolu Sığorta”nın səhmlərinin hər biri 38,74% olmaqla 77,48%-nə Cəmilə Əsgərova və Məlahət Əsgərovalar (Cahangir Əsgərovun qızları), “Meqa Sığorta”nın səhmlərinin 19%-nə isə Nəzakət İsmayılova nəzarət edir. “Meqa Sığorta”nın İdarə Heyətinin sədri də qadındır – Sevinc Gülmalıyeva.

İnvestor qadınlar

Azərbaycandakı 12 investisiya şirkətindən azı 2-nin səhmdarları qadındır. Belə ki, “CPM-İnvest İnvestisiya Şirkəti”nin səhmlərinə tam olaraq Kəmalə Məmmədova, “MFX-Trading İnvestisiya Şirkəti”nin səhmlərinin isə təxminən 30%-nə Zərifə Həsənova nəzarət edir.

Turan.az

Bənzər yazılar

Back to top button