İdman

“Real” Zidanın yerinə kimi gətirir?

“Real” Zinəddin Zidanın varisini müəyyənləşdirib. Fanat.Az xəbər verir ki, “Kral Klubu” axtardığını İngiltərədə tapıb.

Son dövrlər Zidanın adı Fransa millisi ilə yanaşı çəkilir. Fransa mediası iddia edir ki, yerli federasiya onu “DÇ-2018″dən sonra millinin başına gətirmək istəyir.

Bu səbəbdən “Real” indidən varis axtarışına başlayıb və axtardığını tapıb. İddialara görə, Zidan komandanı tərk edəcəyi halda onun yerinə hazırda “Tottenhem”i çalışdıran Maurisio Pokettino gətiriləcək.

45 yaşlı argentinalı mütəxəssis gənc olmasına rəğmən artıq özünü göstərə bilib. 2014-cü ildən “Tottenhem”ə başlçılıq edən Maurisio Pokettino həm oynatdığı futbol, həm də qazandığı nəticələrlə özünü sübut edib.

Qeyd edək ki, Zidan 2016-cı ildən çalışdırdığı “Real”la 2 dəfə Çempionlar Liqasının, 2 dəfə İspaniya Kubokunun, 1 dəfə La Liqanın, Avropa Super Kubokunun və klublararası dünya çempionatının qalibi olub.

Bənzər yazılar

Back to top button