Dünya

Binanın zirzəmisindən 1,5 metr uzunluğunda timsah çıxarıldı

ABŞ-ın Ohayo ştatında binalardan birinin zirzəmisində timsah bəslənildiyi ilə bağlı polisə məlumat daxil olub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, şikayət əsasında axtarış aparan polis əməkdaşları 1,5 metr uzunluğunda olan 25 yaşlı timsahı tapıblar. Timsah binaya çağırılan təcili tibbi yardım əməkdaşları görüb və polisə məlumat veriblər. Heyvanın sahibi olan şəxsdə saxlama icazəsinin olmadığı üzə çıxıb. O, timsahı balaca vaxtı bazardan aldığını deyib.

Zirzəmidə hamam vannasında bəslənilən timsah çıxarıldıqdan sonra heyvan sığınacağına verilib.

Bənzər yazılar

Back to top button