İqtisadiyyatManşet

Bakı Şəhər İcra Hakimiyyəti özbaşınalıq edir – Hesablama Palatası

Hesablama Palatası dövlət vəsaitlərinin idarə edilməsi haqqında qanuna riayət olunmasını müəyyən etmək məqsədilə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-də apardığı auditin nəticələrini qismən dərc edib.]

Sənəddə bildirilir ki, Bakı şəhəri üzrə abadlıq işlərinə, dövlət mənzil fonduna aid binaların əsaslı təmirinə və dam örtüyünün təmirinə, məhəllədaxili yolların və səkilərin təmirinə dövlət büdcəsindən davamlı olaraq Bakı şəhər İcra Hakimiyyətinə vəsait ayrılır və xərclənir.

Buna baxmayaraq, indiyədək bu sahədə həyata keçirilən işlərin dəqiq ünvan, vaxt, icraçının adı, görülmüş təmir işlərinin növü, işlərin qısa xarakteristikası və s. məlumatları özündə əhatə edən elektron məlumat bazası yaradılmayıb.

Bənzər yazılar

Back to top button