İdman

“Bayern Münhen” Noyerlə razılığa gələ bilmir

“Bayern Münhen” Manuel Noyerlə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmir.

Fanat.az “Kicker”ə istinadən xəbər verir ki, təcrübəli qolkiper üç illik yeni müqavilə imzalamaq istəsə də, klub rəhbərliyi Noyerin bu illər ərzində yüksək səviyyədə oynaya biləcəyinə şübhə edir. Bu üzdən qapıçıya qısamüddətli sözləşmə təklif olunur.

36 yaşlı əlcək sahibi cari mövsüm “Bayern”in heyətində bütün turnirlərdə 37 oyuna çıxıb və 34 qol buraxıb. Onun klubla müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Manuel Noyer 2011-ci ildən Münhen təmsilçisində çıxış edir.

Bənzər yazılar

Back to top button