İqtisadiyyat

Bilgisiz xərclər

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2021-ci ilin dövlət büdcəsindən 2 milyard 178,4 milyon manat xərclənib.

London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yazır ki, həmin vəsaitin 85 faizi avtomobil yollarının və dəmir yolu xətlərinin layihələndirilməsi və tikintisinə yönəldilib: “İcra edilmiş məbləğin 73 faizi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, 12 faizi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, 4,5 faizi Minatəmizləmə Agentliyinin, 3,1 faizi İqtisadiyyat Nazirliyinin, 2,9 faizi Kənd Təsərrüfatı Nazirliyinin, 3,5 faizi digər təşkilatların payına düşüb.

18 sifarişçi təşkilata ayrılmış bu vəsait 71 layihə üzrə bölüşdürülüb. Lakin nə sifarişçi dövlət təşkilatları, nə də icraçı şirkətlər layihələr üzrə nə qədər vəsaitin xərclənməsinə dair açıqlama verirlər. Hesablama Palatasının 2021-ci ilin dövlət büdcəsinin icrasına dair rəyində isə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin icrasına dair yarım səhifəlik ümumi məlumat yer alır”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Yuxarı Qarabağ bölgəsini və onun ətrafındakı bölgələri ələ keçirib. 2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Bənzər yazılar

Back to top button