Hadisə

Azərbaycan və İranın baş prokurorları Fərid Səfərlinin işini müzakirə ediblər

Sentyabrın 14-də Bakıda Azərbaycan və İranın baş prokurorları Mohammad Kazem Movahedi-Azad və Kamran Əliyevin görüşündə iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum işi üzrə istintaq müzakirə olunub.

prokurorluq orqanları arasındakı əməkdaşlıq və Azərbaycanın Tehrandakı səfirliyinə silahl basqının istintaq diqqət mərkəzində olub.

“Kamran Əliyev Azərbaycan səfirliyinə qarşı terror aktı törətmiş şəxsin məhkəməyə verilməsi barədə bəyanatı bu istiqamətdə mühüm addım adlandırıb”,-Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

Öz növbəsində Movahedi-Azad qeyd edib ki, İran tərəfi Azərbaycanla əməkdaşlığa mühüm əhəmiyyət verir və bu postda ilk xarici səfərini Bakıya edir.

Görüş zamanı iki ölkə arasında hüquqi əməkdaşlıq, o cümlədən məhkumların ekstradisiyası, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, ekoloji qanun pozuntuları və digər məsələlər müzakirə olunub.

Həmçinin beynəlxalq platformalarda, əsasən İqtisadi Əməkdaşlıq Təşkilatında qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin İranda mühakimə olunmuş Azərbaycan vətəndaşı Fərid Səfərlinin işilə bağlı müzakirə aparılıb.

İranın baş prokuroru İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Bakıya gəlib.

* Almaniyada ali təhsil alan Azərbaycan vətəndaşı Fərid Səfərli bu ilin martında İranda yoxa çıxıb. Sonradan İran hakimiyyəti onun casusluq ittihamı ilə həbs olunduğunu təsdiqləyib.

Daha sonra ittiham “casusluq niyyəti”nə tövsif edilib. Avqust ayında Fərid Səfərli 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun anası Dilarə Əsgərova oğlunun ittihamları qəbul etmədiyini bildirib.(Turan)

Bənzər yazılar

Back to top button