İdman

“Real Madrid”in forvardı İtaliya klubuna keçir

“Real Madrid” hücumçusunu icarəyə göndərir.

Fanat.az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Skira Madrid təmsilçisinin İtaliyanın “Fiorentina” klubu ilə razılığa gəldiyini vurğulayıb. Xəbərə görə, Serbiya millisinin forvardı icarə əsasında “bənövşəyilər”in formasını geyinəcəyi bildirilib. Mənbə Serbiya millisinin üzvünün Florensiya komandasında oynayacağı müddətdə maaşının yarısını “Real”dan alacağını da açıqlayıb.

2018/2019 mövsümündə Frankfurt “Ayntraxt”ında parlayan Yoviç 2019-cu ilin yayında “Real”a transfer olunmuşdu. Almaniya klubuna bu keçid qarşılığında 60 milyon avro ödəyən İspaniya nəhənginin heyətində möhkəmlənə bilməyən Luka sonradan sabiq klubuna – “Ayntarxt”a icarəyə verilmişdi. Daha sonra “Real”a dönən serb forvard son mövsümdə madridlilərin heyətində çıxdığı 19 qarşılaşmada 1 qol vurub.

Bənzər yazılar

Back to top button