İdman

“Barselona”nı dünya elitasına qaytardıq”

“Barselona”nın prezidenti Joan Laporta klubun irəliləyişi haqda danışıb.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, o, son transferləri sayəsində klubun dünya elitasına qayıtdığını vurğulayıb: “Biz komandanı Avropa liderləri ilə getdikcə daha rəqabətli etmək istəyirik və “Barselona” artıq çox yaxşı irəliləyir. İdman rəhbərliyinə əməyinə görə təşəkkür etmək istəyirəm, Robertin klubumuza transferini mümkün etdilər. Biz birlikdə “Barselona”nı dünya elitasına qaytardıq”.

Xatırladaq ki, “Bavariya”dan “Barselona”ya transfer olunan Levandovski yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

Bənzər yazılar

Back to top button