Siyasət

KTMT baş katibi sərhəddəki vəziyyəti qiymətləndirmək üçün Ermənistana səfər edəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya regiondakı vəziyyəti qiymətləndirmək üçün Ermənistana yola düşəcək. BELTA xəbər verir ki, bu barədə qərar KTMT-nin sentyabrın 13-də keçirilən növbədənkənar sessiyasında qəbul edilib.

Sessiya hərbi yardım istəyən Ermənistanın xahişi ilə çağırılıb.

Həmçinin, dövlət başçılarına hesabat hazırlamaq və vəziyyətin gərginləşməsinin aradan qaldırılması üçün təkliflərin hazırlanması barədə razılıq əldə olunub.

Vəziyyətin davamlı monitorinqi üçün işçi qrupunun yaradılması təklifi də razılaşdırılıb.(Turan)

Bənzər yazılar

Back to top button