Bizim seçimHadisəManşet

Açılmamış qətl… – Zakir Fərəcov qətldə ittiham olunur

Sən kimsən, Zakir Fərəcov və ya Sumqayıtı necə şumlayırlar…

II yazı

Əlbəttə, biz Z.Fərəcovun Sumqayıt şəhərində bələdiyyə sədri, Abşeron rayonunda 10 il icra başçısı, 2015-ci ilin sentyabr ayından isə Sumqayıt şəhərində icra başçısı olduğu vaxtlarda törətdiyi çoxsaylı qanunsuz əməlləri haqqında yazacağıq. Lakin, onun adı hallanan qətl hadisələri haqqında ilk növbədə yazmağı daha vacib bilirik. Beləliklə, müxtəlif vaxtlarda, müxtəlif rayonlardan gəlib Sumqayıt kimi gənclik şəhərini yaradan insanlar xeyriyyəçi kimi tanınan Əvəz Hüseynquliyevin hələ də açılmamış qətlinin 10-cu ilini yaşayırlar…

Əvəz Hüseynquliyev kimdir?

Mərhum Ə.Hüsenquliyev Qubadlı rayonunun işğalından əvvəl bu rayonda kolxoz sədri , sonradan isə rayon Dövlət sosial müdafiə mərkəzinin rəhbəri işləmişdir. Ə. Hüseynquliyev 1995-ci ilin əvəlindən Qubadlı rayonuna icra başçısı təyin edilmiş , 8 sentyabr 2001-ci il tarixə qədər bu vəzifədə çalışmışdır . Burada bir haşiyə çıxaraq qeyd edim ki, onun vəzifədən çıxarılmasının başlanqıc prosesi hələ 6 noyabr 1998-ci ildə qoyulmuşdur. Belə ki, o vaxt Nazirlər Kabinetinin geniş tərkibli iclasında prezident H.Əliyev onun haqqında bir sıra kəskin fikirlər səsləndirmiş, Ə.Hüsenquliyev isə özündə cəsarət taparaq, haqqında deyilənlərlə razılaşmamışdır. Prezident H.Əliyev o iclasda demişdir ki, “Qubadlı rayon icra hakimiyyətinin başçısı haqqında hələ bir neçə ay bundan öncə məlumatlar gəlmişdi və yoxlamalar aparılmışdır. Yoxlamalar təsdiq etmişdir ki, orada yenə dövlət vəsaiti dağıdılıbdır. O vaxt mən dedim ki, bəlkə özü üçün nəticə çıxarar.” Bu zaman gözlənilməz hadisə baş vermişdir. H.Əliyevin təcrübəsində, bəlkə də ilk dəfə, icra başçısı özündə cəsarət taparaq yerindən qalxaraq bu deyilənlərlə razılaşmamış və prezidentə müraciətlə demişdir ki, “Cənab prezident, mən qətiyyətlə, cəsarətlə deyirəm, sizin qarşınızda başımla cavab verirəm ki, bu faktlar düzgün deyil… Mən xahiş edirəm, bu iş ciddi yoxlanılsın. Düzgün olsa, mən sizin qarşınızda başımla cavab verirəm.” Onun cəsarətini sübut edən bu epizodu indi nəyə görə xatırladığımı sonradan biləcəksiniz. Son illər isə Sumqayıt şəhər Bağlar idarəsinin rəhbəri olmuşdur. Sumqayıt əhalisi, xüsusən də, Qubadlı camaatı onu sözü bütöv, hamıya əl tutmağa çalışan xeyriyyəçi ağsaqqal kimi tanıyır və ehtiramla yad edirlər.

Batmış qan …

5 fevral 2009-cu ildə Ə.Hüseynquliyevin meyidi Sumqayıtda “Qurd dərəsi “ deyilən ərazidə, bağ evində aşkarlanmışdır. İlkin məlumata görə, o özünü ov tüfəngi ilə qətlə yetirmişdir. Hadisə ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılmışdır. Ə.Hüseynquliyevi tanıyanlar qəti əminliklə bildirirlər ki, o, heç vaxt özünə əl qaldırmazdı, onu öldürüblər. Fakt odur ki, onun qanı batmışdır. Halbu ki, önun qətli ilə bağlı müxtəlif versiyalar möcuddur ki, bu versiyaların hüquq mühafizə orqanları tərəfindən düzgün araşdırılması ciddi şübhə doğurur. Ən azından ona görə ki, bilərəkdən və yaxud, bilməyərəkdən istintaqın gedişində baş vermiş bu hadisənin əsas səbəbi aşkar edilməmişdir. Bu da öz növbəsində cinayəti törətmiş şəxslərin hüquqi məsuliyyətdən kənarda qalmasına səbəb olmuş, özünü öldürmə ehtimalı əsas götürülmüşdür. Ə.Hüseynquliyevi tanıyanların sözlərinə görə, onun ölümünün səbəbləri birbaşa öz yaxın ətrafı ilə bağlıdır. Yuxarıda qeyd etdiyimiz kimi, Ə.Hüsenquliyev xaraktercə qorxmaz, həm də nikbin bir insan olub və heç vaxt özünü öldürə bilməzdi.

Sübutlar nə deyir?

Məlumata görə, Əvəz müəllimin öldürülməsini güllə gilizinin yerə düşməsi də təsdiq edir. Bir qayda olaraq, ov tüfənglərində giliz əl ilə çıxarılır. Hadisə baş verdiyi yerdə isə boş giliz yerdə, tüfəngdən çıxarılmış halda olub. Öz başına atəş açan insanın tüfəngi açaraq gilizi çıxarması isə qeyri-mümkündür. Hətta, bir versiyaya görə hadisə zamanı bağ qonşusu qışqıraraq “bunu öldürdülər” – deyə haray salıb. Yazılanlara əsasən, sonradan, o, istintaqa verdiyi ifadəsində özünün dediklərini boynundan atmışdır. Belə bir hal olmuşdursa, deməli bu, kənar təsir vasitəsi ilə mümkün olmuşdur. Biz bu faktları dəqiq deyə bilməsək də, mərhumun ailəsinə, oğluna kənar təzyiqlərin olmasına şübhə yoxdur. Əks halda, onlar bu cinayətin açılmasında maraqlı olardı, çəkinmədən hər şeyi deyərək günahsız bir insanın qanının batmasına yol verməzdilər . Bu da həyatın acı təzadlarından biridir ki, övlad atasının qatillərinin tapılmasında elə də maraqlı görünmür, halbuki valideyn övladının qanının batmasına susmazdı…

Qətlin səbəbi nə olub?

Bir versiyaya görə, ortada külli məbləğdə pul söhbəti olub. Guya, Ə.Hüsenquliyev hansısa bir rayona icra başçısı getmək üçün öz yaxın ətrafinda (ətrafa kimlərin daxil olduğu hüquq mühafizə orqanlarına daha yaxşı məlumdur) hakimiyyətə yaxın olan adama 500 min manat pul verib, amma, pul yeyilib, iş düzəlməyib. Onun bütün cəhdlərinə baxmayaraq, verdiyi pulu geri ala bilməyəb və nəticədə öldürülüb. Onu da xatırladaq ki, mərhumun ən yaxın ətrafına bir neçə adam daxil olmuşdur ki, belə şəxslərdən biri də Z.Fərəcov olmuşdur. Bu da acı bir həqiqətdir ki, əksər hüquq mühafizə orqanları rəhbərlərinin tam bacarıqsızlığı, bir sıra hallarda isə, öz şəxsi maraqları naminə belə cinayətlər açılmamış qalır. Halbuki hadisədən xeyli vaxt keçməsinə baxmayaraq bu tip, xüsusən də, bu cinayətiin açılması mümkündür və bu iddiaya görə istənilən aidiyyatlı dövlət orqanı rəhbərlərinə zəmanət verirəm. Daha bir versiya mövcuddur ki, o, artıq gələcəkdə boşalması gözlənilən yerə, Abşeron rayon icra haimiyyəti başçısı yerinə hazırlaşır, hətta, vəzifəyə getmək istəyən bəzi şəxslərdən pullar da qəbul edir. Hətta, belə pulların alınmasında, keçmiş Saray bələdiyyə sədri, rəhmətlik Ənvər Piriyevin də adı hallanır. Yeri gəlmişkən, belə söhbətlər də vardır ki, Z.Fərəcovun israrlı təkidindən sonra Ə.Piriyev Beynəlxalq bankdan 200 min manat kredit götürüb ona vermiş , sonradan ödəyə bilmədiyinə görə infakt keçirmiş, bir müddət sonra isə rəhmətə getmişdir. Mənim qənaətimə görə, Ə.Hüseynquliyevin yüksək vəzifəyə getmək üçün yaxın dairəsindəki insanlara külli miqdarda pul verməsi və sonradan pulu geri ala bilməməsi ölümün əsas səbəblərindən biridir. Ə.Hüseynquluyevin bankdan külli miqdarda kredit götürməsi isə məhkəmə materialları əsasında təsdiq edilir. Bu kredit barədə hələ 16 mart 2011-ci il tarixdə “Azadlıq” radiosu geniş yazmışdır.

“Texnikabank”dan 1 milyon 200 min manat kredit

Sumqayıt şəhər məhkəməsində Qubadlı köçkünü Seyfəli Familbəyli dayısı Lətif Əhmədovla “Texnikabank” ASC-nin Sumqayıt filialına qarşı iddiaya baxılıb. Adına kredit rəsmiləşdirilən Seyfəli Familbəylinin məhkəmədə verdiyi ifadəyə görə, Qubadlının keçmiş icra başçısı Əvəz Hüseynquliyevlə “Texnikabank”ın Sumqayıt şəhər filialının rəhbəri, onun etibarından istifadə edib, adına bir dəfə 450 min manat, ikinci dəfə 600 min ABŞ dolları məbləğində pul krediti götürüblər. Hakim Ş.Nəcəfovanın “Banka gedib ərizə ilə müraciət edərək orada kredit müqaviləsi bağlamısınızmı?” sualına S.Familbəyli “Xeyr “ cavabı vermiş, hadisəni olduğu kimi danışmışdır. O, iddia etmişdir ki, “Rəhmətlik Əvəz dayı mənə zəng elədi, unuversitetdə idim. “Texnikabank”ın həyətinə çağırdı, orada görüşdük, danışdıq, dedi ki, sənin adına bankdan pul krediti götürüləcək. Ailəmizin ağsaqqalı olduğuna, etibar etdiyimizə görə mən nə qədər və hansı məqsədə pul götürülməsi ilə maraqlanmadım, getdik notariat kontora, dayıma məxsus şadlıq evini girov qoyduq . S.Familbəyli məhkəmədə deyib ki, adına kredit pullar götürülərkən 1-ci kurs tələbəsi olub. Ə.Hüseynquliyev onu sonralar bir neçə dəfə banka aparıb və o, bankda müəyyən sənədlərə imza atıb. Lakin imzaların çoxunun ona məxsus olmadığını bıldirib.

Yarımçıq istintaq…

Bəli, bu faktlar Ə.Hüseynquliyevin ölümündən təxminən 2 il sonra səsləndi. Halbu ki, qətlin törədilməsində əsas olan bu fakt onun ölümündən dərhal sonra istintaq orqanlarına məlum olmalı idi, bəlkə də, məlum idi. Bu da tam kifayət edirdi ki, qətlin sifarişçiləri , səbəbkarı dərhal qadallansın, cinayət məsuliyyətinə cəlb edilsin. İstintaq isə bunu etmədi, edə bilmədi, ya da, etmək istəmədi…
( Ardı var)

Mətləb Mütəllimli

Bənzər yazılar

Back to top button