Hadisə

Bərdədə hüzr mərasimində faciəvi hadisə

Bu gün Bərdə rayonunun Yeni Daşkənd kəndindəki evdə hüzr mərasimi zamanı döşəmə çöküb. Nəticədə 23 nəfər xəsarət alıb. Onlar yerli xəstəxanaya çatdırılıblar. Bu barədə Turan-a TƏBİB-dən (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) bildiriblər.

Bir nəfər xəstəxanaya çatdırılana qədər ölüb.

“Xəsarət alanlara lazımi tibbi yardım göstərilir”,- TƏBİB-dən bildiriblər.

Bənzər yazılar

Back to top button