Dünya

Yaponiyada leysan: 17 nəfər ölüb, 50 nəfər itkin düşüb

Yaponiyada tüğyan edən güclü leysan yağışları və torpaq sürüşmələri insan ölümünə səbəb olub.

Qaynarinfo xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 17-yə çatıb. 50-dən çox insan itkin düşüb. 2 nəfər ağır vəziyyətdədir.

Xilasetmə işlərinə 48 mindən çox insan cəlb olunub.

Ölkənin bir sıra prefekturasında yaşayan 500 minə yaxın insana evlərini müvəqqəti tərk etmək tövsiyə olunub. Onlardan 250 minə yaxını Kioto prefekturasının sakinləridir. Əyalətin bəzi çaylarında suyun səviyyəsi kritik səviyyəni ötüb.

Bənzər yazılar

Back to top button