GündəmHadisə

Hirkan Milli Parkı məhv edilir: Nazir müavini merkantil maraqlar güdür (VİDEO)

Hirkan Milli Parkının Şindan meşəbəyliyinin meşə fondu torpaqlarında ucqar dağ kəndlərindən gələn vətəndaşları məskunlaşdırırlar. Həmin vətəndaşları da öyrədirlər ki, əgər buralara yoxlama gəlsə, o zaman dəyərsiz ki, çoxdan burada məskən salmışıq. Halbuki, orada kəsilmiş ağaclar və yerlərində əkilmiş sitrus ağacları yeni əkinlənlərdir.
Bu barədə azinfo.tv saytı məlumat yayıb.

Bu tendensiya meşə ərazisində kütləvi şəkildə baş alıb gedir. Ata-baba yolu ilə Astaraya gedəndə Meşə ərazisində ayrı- ayrı vətəndaşlar tərəfindən meşə fondu torpaqlara müdaxilə açıq şəkildə görünür. Nədənsə, bunu 1 saylı Regional Ekologiya idarəsinin əmıkdaşları görmək istəmir. Hirkan Milli Parkınının bütün dolayılarında kütləvi qırıntılar var. Amma bunlara nəzarət edən yoxdur, ekologiya işçiləri bunlara nəzarət etmir. Bu qırıntıları Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Vüqar Kərimovun tapşırıqı ilə və 1 saylı REİ-nin rəisi Şakir Quliyevin əli ilə törədildiyi deyilir. Və işçilər tam rahat şəkildə öz ərazilərində ağacları kəsib, və material kimi Masallıda olan sexlərə satıllar. Yollada 1saylı Regional Ekologiya İdarəsinin işçiləri sözügedən material maşınlarını müşahidə edir.

Qarşı tərəfin də mövqeyini işığlandırmağa hazırıq…

Bənzər yazılar

Back to top button