CəmiyyətGündəmHadisəİqtisadiyyat

Göygöl Milli Parkındakı otel və restoranların fəaliyyəti dayandırıldı – SƏBƏB

Göygöl Milli Parkının ərazisində yerləşən iaşə obyektlərinin fəaliyyəti dayandırılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, artıq bir neçə aydır parkın ərazisində yerləşən otel və restoranlar işləmir və burada çalışan 200-ə yaxın insan hazırda işsizdir.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qaynarinfo-ya açıqlama verib. Qurub rəsmisi bildirib ki, sözügedən iaşə obyektlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb:

“Göygöl Milli Parkının ərazisində yerləşən iaşə obyektlərinin fəaliyyəti turizm infrastrukturunun təkmilləşdirilməsi məqsədilə müvəqqəti dayandırılıb. Növbəti aylarda istismara veriləcək və yüksək səviyyədə xidmətlər göstəriləcək”.

Bənzər yazılar

Back to top button