Siyasət

Avropa İttifaqı Beynəlxalq Qırmızı Xaç Komitəsinin regiondakı fəaliyyətini qətiyyətlə dəstəkləyir

Avropa İttifaqı Cənubi Qafqazda mövcud yeganə böyük humanitar təşkilat kimi Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətini qətiyyətlə dəstəkləyir. Beynəlxalq Qırmızı Xaç Komitəsi neytrallıq, müstəqillik və qərəzsizlik kimi humanitar prinsiplərə uyğun olaraq, ehtiyacı olanlara mühüm humanitar yardım və müdafiəni təmin edir, – Avropa İttifaqının rəsmi nümayəndəsinin məlumatında deyilir.

Təşkilatın Laçın dəhlizi boyu fəaliyyəti Qarabağdakı erməni əhalinin əsas ehtiyaclarının təmin edilməsinə və çox ehtiyac olan humanitar yardıma yönəlib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətini davam etdirməsini və potensial humanitar böhranın qarşısının alınmasını təmin etmək Azərbaycan hakimiyyətinin məsuliyyətidir.

Avropa İttifaqı Beynəlxalq Qırmızı Xaç Komitəsinin regionda həlledici rolunu qətiyyətlə dəstəkləyir, Laçın dəhlizilə adamların və malların məhdudiyyətsiz hərəkətini təmin etməklə bağlı çağırışını təkrarlayır.

Lakin Avropa İttifaqının bəyanatında Laçın yoluyla qaçaqmalçılıq daşımalarının həyata keçirilməsi üçün Qırmızı Xaç simvolundan istifadə qiymətləndirilməyib.

Belə faktlar üzə çıxdığına və istintaq hərəkətlərinin aparılmasına zərurət yarandığına görə Azərbaycan dünəndən “Laçın” sərhəd məntəqəsindən buraxılışı, o cümlədən Qırmızı Xaçın nəqliyyat vasitələrinin keçidini müvəqqəti dayandırıb.

Bənzər yazılar

Back to top button