Siyasət

Yerevan sülh sazişinə dair növbəti təkliflər paketini Bakıya verib və sərhədlərin delimitasiyası məsələsini müzakirə edir

Ermənistan sülh sazişinin bağlanmasına dair növbəti təkliflər paketini Azərbaycana verib. Bu barədə aprelin 8-də respublika Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Bədəlyan bildirib.

“Ermənistan sülh sazişi layihəsilə bağlı Azərbaycan tərəfinin son təkliflərinə cavab verib. Söhbət təkliflərin səkkizinci redaksiyasından gedir”, – o deyib.

Bundan öncə Ermənistan hakimiyyəti bildirib ki, Yerevan və Bakı arasında sülh sazişinin iki əsas bəndi həll olunmamış qalır. Bunlar 1991-ci il Alma-Ata bəyannaməsinə əsasən ərazi bütövlüyünün qarşılıqlı tanınması və onun əsasında sərhədlərin delimitasiyası, həmçinin kommunikasiyaların ərazisindən keçdikləri ölkənin yurisdiksiyası altında açılmasıdır.

Aprelin 9-da Ermənistan parlamentində Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə qapalı müzakirələr başlayıb. Müzakirələrə müxalifətdən 10 deputat buraxılmayıb. Həmçinin iclasdan əvvəl bütün iştirakçılardan mobil telefonları alıblar.(Turan)

Bənzər yazılar

Back to top button