Dünya

İsrail qırıcıları “Həmas”ın hərbi obyektlərini dağıtdı

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında “Həmas” yaraqlılarına qarşı hava zərbələri endirib. Hücum yəhudi dövlətinin ərazisinə raket atəşindən sonra həyata keçirilib.

Qaynarinfo mk.ru-ya istinadla xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidmətindən verilən məlumatda deyilir.

Məlumata görə, raket zərbələrinə cavab olaraq, bir qədər əvvəl İsrail Müdafiə Qüvvələrinin qırıcı təyyarələri “Həmas”ın Qəzza zolağının şimalındakı bir neçə hədəfinə zərbə endirib. Vurulan hədəflər arasında silah istehsalı emalatxanası da olub.

Qeyd olunur ki, bu, son bir həftə ərzində İsrailə edilən dördüncü raket hücumudur.

“Həmas” İsrail vətəndaşlarına qarşı hər hərəkətinə görə belə zərbələrlə üzləşəcək”, – deyə İsrail xəbərdarlıq edib.

Bənzər yazılar

Back to top button