Dünya

Keçmiş erməni nazirin 100 milyon dollarlıq əmlakı müsadirə edilir?

Ermənistan Baş Prokurorluğu Ermənistan Respublikasının keçmiş maliyyə naziri Qaqik Xaçatryan və onunla əlaqəli şəxslərin 210 vahid daşınmaz əmlakını müsadirə etmək niyyətindədir.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə qurumun Mətbuat xidməti məlumat yayıb.

“Qanunsuz mənşəli əmlakın müsadirəsi mexanizmi çərçivəsində Qaqik Xaçatryan və onunla əlaqəli 25 şəxsdən 210 vahid daşınmaz əmlak müsadirə edilməlidir ki, onlardan 60-ı Yerevandadır”, – məlumatda bildirilib.

Bundan başqa, prokurorluq 14 avtomobilin, 33 şirkətin səhmlərinin, həmçinin 40 milyard dramdan (təxminən 98,8 milyon dollar) çox vəsaitin müsadirəsini tələb edir.

Bənzər yazılar

Back to top button