İdman

Neymarın anası 22 yaşlı gənclə eşq yaşayır – FOTOLAR

PSJ-nin ulduz hücumçusu Neymarın anası Nadin Qonsalves özünə yeni kavaler tapıb.

Fanat.Az xəbər verir ki, qadın özünün “Instagram” səhifəsində yaşca oğlundan kiçik sevgilisi ilə fotosunu paylaşaraq belə yazıb: “İzaholunmaz anları izah etmək olmur”.

Neymarın şəklə yazdığı şərh də maraqla qarşılanıb: “Xoşbəxt ol, ana. Səni sevirəm”.

“UOL Esporte”nin yaydığı xəbərə görə, Neymarın anasının yeni sevgilsi 22 yaşlı model və kiberidmançı Tyaqo Ramosdu.

Futbolçunun yaxın ətrafı Nadinin Ramosla görüşdüyünü təsdiqləyib.

Bənzər yazılar

Back to top button