Hadisə

Ağac və kolları kəsən direktor cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə İmişli rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, araşdırma zamanı rayonun Məmmədli kəndi ərazisində, “Həyat” kəndli fermer təsərrüfatına aid torpaq sahəsində ağac və kolların kəsildiyi, təbiətə 2800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı təsərrüfatın direktoru Siyasət Şirinov barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər İmişli Rayon Prokurorluğuna göndərilib.

Bənzər yazılar

Back to top button